"Şuşanın 270 anı" adlı bədii-sənədli filmin təqdimatı
25.11.2022-ci il tarixdə 83 nömrəli məktəb-liseydə "Cəmiyətin və medianın inkişafı" ictimai birliyinin rəhbəri, jurnalist Lalə Azərtaşın təqdimatında "Şuşanın 270 anı" adlı bədii-sənədli filmin nümayişi keçirilib.Tədbirdə məktəb-liseyin şəhid məzunlarının anaları Mətanət Nəcəfova, Təranə İsmayılova, məktəb-liseyn rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak etdilər.Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndi və şəhidlərimizin müqəddəs ruhu 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra məktəb-liseyin direktoru Almaz Bayramova çıxış edərək qonaqları təqdim etdi, yetişməkdə olan gənc nəslin təlim tərbiyəsində belə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğuladı. Jurnalist Lalə Azərtaş filmin ərsəyə gəlməsi haqqında geniş məlumat verdi.
Film maraqla izlənildi. Məktəbin tarix müəllimi Afaq Vəliyeva çıxış edərək, film haqqında öz təəssüratlarını bıldirdi. Şəhid məzunların analarına söz verildi və onların çıxışları, film haqqında təəssüratları tədbir iştirakçılarını çox təsirləndirdi. Məktəb-liseyin tarix müəllimi Natavan Mustafayevanın və məzun Altay Əlinin Şuşada birgə hazırladıqları təqdimat nümayiş etdirildi. Sonda 10-cu sinif şagirdi Hüseyn Hüseynov vətənpərvərlik ruhunda mahnısını ifa etdi.
Zalda iştirak edən şagirdlər üç rəngli bayrağımızı dalğalandıraraq "Qarabaq Azərbaycandır" şüarını səsləndirdilər.