Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq turnir
Qurbanzadə Fuad Elşad oğlu, 2003-cü ildə Bakıda anadan olub. Məktəb -liseyin 6e sinfində oxuyur. İki ildən artıqdır ki, idmanın Kyokuşin karate döyüş növü ilə məktəbin fiziki tərbiyə müəllimi beynəlxalq dərəcəli hakim Qələndər Aslanovun yanında məşğul olur. Məşğul olduğu müddətdə karate seminarları keçərək test normativləri yerinə yetirmiş və göy kəməri qazanmışdır. 2014-cü ildə Bakı birinciliyində ilk yarışı olmasına baxmayaraq, bütün rəqiblərinə qalib gələrək 1-ci yerə layiq görülmüşdür. 2015-ci ilin fevralında keçirilən Xocalı faciəsinə həsr olunmuş turnirdə 3-cü yerlə kifayətlənən gənc idmançımız, 19 aprel 2015-ci il tarixində Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq turnirdə bütün rəqiblərinə qalib gələrək qızıl medalın sahibi oldu. İdmançımıza qələbə arzulayırıq.