"İLİN ƏN YAXŞI İDMANÇISI”

Zeynallı Solmaz Ruslan qızı, 1998-ci ildə Bakıda anadan olub. Məktəb-liseyin 11c sinfində oxuyur. Uşaq yaşlarından idmanın döyüş növünə həvəsi olan Solmaz, nəhayət ki, Kyokuşin karateni seçdi. Məktəbin fiziki tərbiyə müəllimi beynəlxalq dərəcəli hakim Qələndər Aslanovun yanında məşqlərə başladı. 2011-ci ildə bir neçə ay ciddi məşqlərə başlayan Solmazın yarışlara qatılmaq arzusu üzə çıxdı və ilk yarışını Zaqatalada keçirilən turnirdə çempion adını qazanması oldu. Növbəti nəticəsi elə həmin ildə Respublika birinciliyində qazandığı gümüş medal oldu. Beləliklə qalibiyyət ardıcıl olaraq gəlirdi. Azyaşlı olmasına baxmayaraq, 2012-ci ildə böyüklər arasında keçirilən Respublika çempionatında, Bakı çempionatında və Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə bütün rəqiblərinə təmiz qələbə ilə qalib gələrək çempion adını qazandı. Həmin ilin dekabr ayında Rusiyada keçirilən Dünya birinciliyində Yapon döyüşçüsünə məğlub olaraq mükafatçılar sırasına düşdü. 2013-cü ildə 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş turnirdə 3-cü yer və turnirin “Yüksək ruhlu döyüşçüsü” naminasiyası ilə təltif olundu. Respublika çempionatının və beynəlxalq turnirlərin çempionu oldu. 2014-cü ildə Avrasiya çempionu, Respublika çempionu və “Ən yüksək texnikalı döyüşçü” naminasiyası ilə təltif olundu. İlin sonunda Türkiyənin Yozgat şəhərində “qızıl kəmər” uğrunda keçirilən yarışda ciddi zədələr alaraq, gümüş mükafata layiq görüldü. Solmaz 2014-cü ilin sonunda “İLİN ƏN YAXŞI İDMANÇISI” fəxri fərmanı ilə təltif oludu. İdmançımıza tutduğu yolda uğurlar arzulayır, medalının Olimpiya oyunlarından gələcəyini ümid edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi