Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonu
Məktəb-liseydə "7-dən 17-yə vətənpərvər layihəsi çərçivəsində tədbirlər planına əsasən coğrafiya müəllimi Məlahət Teylinin rəhbərliyi və 8 və 9-cu sinif şagirdlərinin iştirakı ilə ”Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun inkişaf perspektivləri” mövzusunda dəyirmi masa təşkil olundu. Şagirdlər “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonu”, “Şuşa - mədəniyyət paytaxtımızdır”,“İşğaldan azad olunan ərazilərdəyaradılan "Yaşıl enerji” mənbələri”,“Suqovuşanın bu günü və sabahı”, “Azad olunmuş ərazilərdə şose, dəmiryolu və hava nəqliyyatının yaradılması”, " “Ağıllı Kənd” müasir texnologiyalar əsasında yaradılan məkandır” mövzularında təqdimatlar etdilər.Təqdimatlardan sonra mövzulara aid fikir mübadiləsi aparıldı.