12 NOYABR- KONSTİTUSİYA GÜNÜ
Konstitusiya- dövlətin ali qanunudur, ali hüquqi qüvvəyə malikdir, dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsasını təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 21 illiyi ilə əlaqədar məktəb-liseyin fəaliyyət planına əsasən 11.11.2016-cı il tarixdə 83 nömrəli məktəb-liseyin kitabxanasında Tərbiyə işləri üzrə direktor müavini Aybəniz Əliyeva, tarix müəllimi Natavan Mustafayeva,kitabxanaçılar Xatirə Əliyeva,Tahirə Kələşova və VII sinif şagirdlərin təşkilatçılığı ilə 12 noyabr Konstitusiya Günü münasibətilə dəyirmi masa keçirilmişdir. Tarix müəllimi Natavan Mustafayev şagirdlərə konstitusiyanın mahiyyəti, əsasları, prinsipləri, tarixi, konstitusiyamıza edilmiş əlavələr və dəyişikliklər haqqında məlumatlar verdilər.