Bakı EKSPO Mərkəzində kitab sərgisinə eksursiya
Erkən yaşlarda formalaşan maraqlar, sonralar böyüməkdə olan gənc nəslin vərdişinə və zəruri tələbatına çevrilir. Mütaliə etmək şagirdlərdə formalaşdırılması ən vacib olan vərdişlərdəndir. Odur ki, bu işdə kitabxanaçılarla müəllimlərin, şagirdlərin qarşılıqlı əlaqəsi çox vacib amildir.
Məktəb liseyin kitabxanaçıları 5.10.2022-ci il tarixində bir qrup şagird və müəllimlə birlikdə Bakı EKSPO Mərkəzində təşkil olunan kitab sərgisində iştirak etdilər. Müxtəlif kitablarla tanış olan şagirdlər sərgidən xoş təəssüratlarla ayrıldılar.