Anım günü Şəhid məzunlarımızının əziz xatirəsi yad edildi.

Anım günü Şəhid məzunlarımızının əziz xatirəsi yad edildi.
27 sentyabr tarixində məktəb-liseyin Şəhid məzunları baş leytnant  Cəmil Nəcəfov və Rövşən İsmayılovun adını daşıyan 6a və 9e  siniflərin təqdimatı oldu. Tədbirdə Rövşən İsmayılovun anası Təranə İsmayılova,  Cəmil Nəcəfovun bacısı Cəmilə Nəcəfova da iştirak etdi. Şagirdlər 44 günlük  Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, Müzəffər Ordumuzun döyüş taktikası və Şəhid məzunlarımızın qəhrəmanlıqları haqqında maraqlı və ətraflı təqdimatlar etdilər. Sonda məktəb rəhbərliyi və Şəhid məzunların  ailə üzvləri şagirdlərə Vətəni sevən, qoruyan əsl vətənpərvər olmağı arzuladılar.
#83məktəblisey
#AnımGünü

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi