Yeni tədris ilinin ilk Pedaqoji Şura iclası

 

   15.09.2022-ci il tarixində  2022/2023-cü tədris ilinin ilk Pedaqoji Şura iclası keçirildi. Əvvəlcə torpaqlarımız uğrunda şəhid olmuş hərbi qulluqçularımızın ruhu 1 dəqiqəlik sükutla yad edildi. Məktəb liseyə yeni təyinat almış müəllimlər kollektivə təqdim olunaraq müəllim andı içdilər. İclasda məktəb rəhbərliyi tərəfindən ötən  tədris ilində qazanılmış nailiyyətlər haqqında hesabat verildi,  təhlillər aparıldı.Təhsil işçilərinin sentyabr konfransında qeyd olunan məsələlər ,yeni tədris ilində məktəb liseyin  hədəfləri  pedaqoji heyətin nəzərinə çatdırıldı. 
Yay tədris tapşırığının nəticələri, məktəbin iş rejimi, dərs bölgüsü, sinif rəhbərləri, metodbirləmə rəhbərləri elan olundu. 
Sertifikasıya imtahanının əhəmiyyəti və  nəticələri 
haqqında danışıldı. Yeni təlimatlar, əmrlər , qaydalar  barəsində  müəllimlər məlumatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi