Son zəng 2022
Bu gün Bakı şəhəri 83 N-li məktəb liseydə “Son zəng” tədbiri keçirilib. Məktəb liseydən 97 nəfər şagird məzun olub.
Tədbirdə təhsil nazirinin müavini Muxtar Məmmədov, Binəqədi Rayonu İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, BŞTİ - nin müdir müavini Xəyalə Əhmədzadə , Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının I müavini Leysan Məmmədov, Binəqədi rayonu İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Binəqədi Rayonu YAP təşkilatının sədri Vüsar İsmayılov Binəqədi Rayonu İcra Hakimiyyəti başçısı aparatının ictimai- siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova , məzun şəhidlər Cəmil Nəcəfov və Rövşən İsmayılovun anaları, məktəb rəhbərliyi , müəllim və şagirdlər iştirak ediblər.
Tədbir Dövlət Himninin səslənməsi ilə başlayıb.
Şəhidlərin müqəddəs ruhu sükutla yad edilib.
Çıxış edən natiqlər tədrisin təşkilindən, dövlət başçımızın təhsil sahəsinə olan qayğısından, ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən , Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm zəfərdən, Şuşa ili çərçivəsində Qarabağda, Şuşada aparılan quruculuq işlərindən danışmışdırlar. Son zəng münasibəti ilə məzunları təbrik etmiş və onlara yeni qədəm qoyacaqları müstəqil həyatda uğurlar arzulamışdırlar.
#TəhsilNazirliyi
#Sonzəng
#BŞTİ
#BinəqədiRayonuİcraHakimiyyəti