AMEA-nın Neft-Kimya Prosesləri İnstitutuna ekskursiya
83 saylı məktəb-liseydə may ayında keçirilən kimya aylığı ilə əlaqədar olaraq 8, 9 və 10-cu sinif şagirdlərinin bir qrupu, kimya müəllimləri Akif Teyli və Günel Seyidova Azərbaycan MEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda ekskursiyada olublar.
Ekskursiya zamanı şagirdlərimiz İnstitutun direktoru akademik Vaqif Abbasovla görüşmüşlər. Akademik V.Abbasov son illərdə İnstitutda aparılan elmi-tədqiqat işləri ilə şagirdlərimizi tanış etmişdir.Yeni sintez edilmiş maddələr o cümlədən, inhibitorlar, Ağ Naftalan yağı, yüksək keyfiyyətli gübrələr, dezodorantlar və onların təsir mexanizmi, əhəmiyyəti haqqında şagidlərə geniş məlumat vermişdir.Sonda şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.
Şagirdlərimiz NKPİ-da fəaliyyət göstərən akademik Yusif Məmmədəliyev muzeyi və muzeydə sərgilənən eksponantlarla tanış olmuşlar.Ekskursiya şagirdlərimizin böyük sevincinə və marağına səbəb olmuşdur.
#Bakıməktəbləri
#BŞTİ
#TəhsilNazirliyi
#AzEdu