Radiasiya Problemləri İnstitutuna ekskursiya
Məktəb liseyin bir qrup 7 - 9 - cu sinif şagirdi "Təbiəti qoruyanlar " layihəsi çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunda ekskursiyada olmuşlar. İnstitutun direktoru İslam Mustafayev şagirdlərlə görüşmüş, onlarla maraqlı müzakirələr etmişdir. Daha sonra şagirdlər institutun müxtəlif şöbələrinin iş prinsipləri və tədqiqat işləri ilə yaxından tanış olmuşlar.