"Şuşa ilinə həsr olunmuş intellektual oyun keçirildi

 

26 aprel 2022 tarixində 83 N-li məktəb-lisey, "Məktəblinin dostu" və Azərbaycan İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə VII-VIII sinif şagirdləri arasında "Şuşa İli"nə həsr olunmuş intellektual oyun təşkil olunmuşdur. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanılmış, daha sonra Şuşaya həsr olunmuş videoçarx göstərilmişdir. Tədbiri 83 nömrəli məktəb-liseyinin "Məktəblinin dostu" Ülkər Şabanova açıq elan etmiş, yarış haqda məlumat vermişdir.  Daha sonra  məktəb-liseyin direktoru Almaz Bayramova tədbirə davam etmiş, AİOK-un vitse-prezidenti Günay Vəliyeva yarışın qaydaları barədə şagirdləri məlumatlandırmışdır. Yarışda 8 sinifdən ümumilikdə 10 komanda iştirak etmişdir. Öncə şagirdlər arasında "Nə? Harada? Nə zaman" tipli. yarış keçirilmişdir. Səslənən 24 sualdan sonra "Fırtına", "Nur" "Zirvə" və "Yüksəliş" komandaları növbəti mərhələyə vəsiqə qazanmışdır. Növbəti mərhələdə komandalar arasında püşkatma ilə "Breyn-rinq" baş tutmuşdur. Səslənən suallardan sonra "Yüksəliş", "Zirvə" və "Nur" müvafiq olaraq 1,2 və 3-cü yeri bölünmüşdür. Qaliblər kubok və sertifikatla mükafatlandırılıb.
#BŞTİ
#Məktəblinindostu
#TəhsilNazirliyi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi