Bakı Dövlət Universitetinin Fizika fakultəsinə ekskursiya


 29.04.2022 tarixində 83 N-li məktəb liseyin bir qrup VII sinif şagirdi , direktor müavini Əliyeva İradə və fizika müəllimi Ağazadə Lalə ilə birlikdə  BDU-də oldular. Müəllim və şagirdləri universitetin Ümumi Fizika Tədrisi kafedrasının professoru NurullayevYusif  və fəlsəfə elmləri doktoru Hümbətov  Şirxan müəlim  qarşıladı.
Şagirdlər ilk olaraq Fizika fakültəsinin Nanotexnologiya laboratoriyasında oldular. Laboratoriyanın  müdiri Bədəlov  Mustafa    müəllim Nanotexnologiyanın ən son yenilikləri haqqında şagirdlərə məlumat verdi. Kafedranın müəllimi Hümbətov Şirxan müəllim müasir mikroskop və onun  işləmə prinsipindən danışdı. Şagirdlər müəllimin iştirakı ilə mikroskopda  yarpağın quruluşunu müşahidə etdilər. Lüminisesiyya ilə ağ işığın rənglərə ayrılması ilə tanış oldular. Sonra şagirdlər Elektomaqnitizm laboratoriyasında laborant Əhmədova Aidə xanımın, Radiofizika laboratoriyasında prof.Nurullayev Yusif müəllimin iştirakı ilə cihazlar və onların işləmə prinsipləri ilə tanış oldular.Yarımkeçiricilər Fizikası laboratoriyasında prof. Məmmədov Rövşən müəllim şagirdləri mikroelektron elementləri ilə tanış etdi. Növbəti olaraq şagirdlər Nüvə maqnit rezonans laboratoriyasında oldular. Professor Məmmədov İbrahim müəllim laboratoriyanin yaranması və inkişafi haqqında şagirdlərə geniş məlumat verdi. Bu laboratoriyada saxlanılan və respublikada  yeganə  cihaz  ilə tanış oldular. Bu cihaz  helium temperaturunda  maddənin quruluşunu öyrənməyə imkan verən cihazdır. Məmmədov İbrahim müəllim maye azotun alinmasından danışdı və bunu   şagirdlərə əyani olaraq göstərdi, praktik tətbiqini izah etdi.
Yarımkeçiricilər kafedrasının professoru,eyni zamanda Azərbaycanda Yarımkeçiricilər Fizikasının yaradıcısı Abdullayev Həsən müəllim apardığı işlər haqqında  şagirdlərlə söhbət apardı.
 Fizika fakültəsinin dekanı professor Paşayev Bəxtiyar müəllim şagirdlərlə görüşdü və fakültənin tarixi, fakültənin müəllim və professor heyyəti,ən son yeniliklər haqqında onlara  məlumat verdi.
Şagirdlərimiz universitetin 44 günlük Vətən  müharibəsinin  şəhidləri üçün yaradılmış xatirə rəsmlərindən ibarət sərgi ilə də  tanış oldular.
#BŞTİ
#TəhsilNazirliyi
#Bakıməktəbləri
#BakıDövlətUniversiteti

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi