Şabran və Lənkəran məktəbləri ilə ortaq təşkil olunmuş körpü açıq dərs

Şabran və Lənkəran məktəbləri ilə ortaq təşkil olunmuş  körpü açıq dərs
25.04. 2022 tarixində Şabran şəhər 3 nömrəli tam orta məktəbin biologiya müəllimi Gulnar  Mirzeyevanın  təşəbbüsü ilə "Orqanizmlərin mühitlə qarşılıqlı əlaqəsi" mövzusunda  Lənkəran rayonu Ürgə kənd tam orta məktəbinin biologiya müəllimi  Yasar Kazimov və Binəqədi rayonu 83 nömrəli məktəb liseyin biologiya müəllimi Kəmalə İslamın  6-cı sinifləri ilə ortaq təşkil olunmuş layihə tipli açıq dərsi baş tutdu. "Təbiəti qoruyaq" ekoloji layihə çərçivəsində təşkil olunmuş bu dərs "Birimiz-hamımız" devizini daşıyırdı və 6-cı sinif şagirdlərinin mühit amillərinin orqanizmə təsiri mövzusunda maarifləndirilməsi baxımından çox əhəmiyyətlidir. Şabran məktəblilərinin geniş araşdırmaları və gözəl təqdimatlarından hər üç məktəbin şagirdləri maraqlı və faydalı məlumatlar əldə etdilər. Sonda Quizizz.com proqramında tətbiqetmə həyata keçirildi. Təqdimatlar qiymətləndirildi. Dərsdən razı qalmış şagirdlərimiz bu ənənəni davam etdirməyi xahiş etdilər. Ölkənin ən yaxşı biologiya müəllimləri sırasına adlarını yazdırmış Gülnar və Yaşar müəllimlə ortaq layihələrimizin davamlı olması diləyi ilə ilk təşəbbüsü çox uğurlu hesab edir və yüksək qiymətləndiririk. 
#BŞTİ
#Təhsilnazirliyi
#Bakıməktəbləri

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi