Həbibulla Hüseynov adına 83 nömrəli məktəb-liseydə hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib

Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Respublika Veteranları Şurasının üzvləri və Həbibulla Hüseynov adına 83 nömrəli məktəb-liseyin müəllim və şagird kollektivi arasında görüşü keçirilib.Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, Respublika Veteranlar Şurasının Hərbi Vətənpərvərlik şöbəsinin müdiri Adil Haqverdiyev, təşkilatın üzvü "Azərbaycan Veteranı" qəzetinin əməkdaşı Nəbi Hacıyev və Respublika Veteranlar təşkilatının rayon şöbəsinin müdiri Telman Hətəmov iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilən tədbir zamanı məktəblilərə vətənin keşiyində durmağın şərəf borcu olması, gələcəkdə hər hansı bir peşənin mahir bilicisi olmaq üçün savadlarının artırılmasının vacibliyi və milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə məsələləri aşılanıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi