8.04.2022-ci il tarixində məktəb-liseyin 6,7,8 və 9-cu sinif şagirdlərinin bir qrupu və məktəbin coğrafiya müəllimləri Məlahət Teyli və İdris Abıyev coğrafiya aylığı ilə əlaqədar olaraq Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrome

8.04.2022-ci il tarixində məktəb-liseyin 6,7,8 və 9-cu sinif şagirdlərinin bir qrupu və məktəbin coğrafiya müəllimləri  Məlahət Teyli və İdris Abıyev coğrafiya aylığı ilə əlaqədar olaraq   Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Xidmətində ekskursiyada olmuşlar.
      Ekskursiya zamanı şagirdlər havanın dəyişməsi,hava axını, hava proqnozlarının verilməsi üçün istifadə edilən ən müasir radarların, mobil laboratoriyanın iş prinsipi, günlük, həftəlik və aylıq proqnozların hazırlanması sxemləri ilə tanış oldular.Dünya ölkələrinin meteroloqları ilə canlı fikir mübadiləsi aparmaq üçün konfrans zalı və Hidrometorologiya muzeyində qədim və müasir avadanlıqlar,onların fərqləri haqqında məlumarları öyrəndilər.Şagirdləri maraqlandıran sualları mütəxəssislər ətraflı cavablandırdılar.
     Axırda  Milli Hidrometerologiya Xidmətinin direktoru Umara Tağıyeva ilə görüş keçirildi.Şagirdlər,müəllimlər  və direktor arasında maraqlı fikir mübadiləsi aparıldı. U. Tağıyeva şagirdlərimizi sertifikatlarla mükafatlandırdı.

#BakıTəhsilİdarəsi
#EkologiyavəTəbiiSərvətlərNazirliyi
#MilliHidrometerologiyaXidməti
#Bakıməktəbləri

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi