8 b sinfində Həyat bilgisi fənnindən “Sağlam həyat-Sağlam ailə” mövzusunda Afət Bağırovanın dərsi dinlənildi
8 b sinfində Həyat bilgisi fənnindən “Sağlam həyat-Sağlam ailə” mövzusunda Afət Bağırovanın dərsi dinlənildi. Dərsin məqsədi insanın fiziki,mənəvi və sosial rifah halının qorunmasını sağlam həyat tərzinin əsas şərti kimi dəyərləndirmək idi.Böyük qrup və fərdi iş formalarında keçilən dərsdə şagirdlərə iş vərəqləri təqdim olundu.Hər tədqiqat tapşırığından sonra müzakirə aparıldı.Dərsdə əqli hücum,müzakirə,klaster,sinektika,söz assosiasiyaları üsullarından istifadə olundu.Bir qrup problemi digər qrup isə onun həlli yolunu araşdırır və müzakirə aparırdı.Düzgün həll yolu hər iki qrup tərəfindən müəyyən olunurdu.Yaradıcı tətbiqetmədə video-material və animasiyalarda qoyulan problemlər və onun həlli yolları müəyyənləşdirildi.Şagirdlər tərəfindən özünüqiymətləndirmə və bir-birini qiymətləndirmə aparıldı və toplanan ballara əsasən qiymətləndirmə səviyyəsi müəyyən olundu.