Beynəlxalq Mülkü Müdafiə Gününə həsr edilmiş tədbir keçrilmişdir.
Mülki Müdafiə rəhbəri “Mülki Müdafiə haqqında” Azərbaycan Respublikası Qanunun “Mülki Müdafiənin təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 saylı nömrəli Qərarının və digər rəhbər sənədlərin tələblərini yerinə yetirilməsinə, Mülki Müdafiənin təşkilinə, qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə, ehtimal olunan və baş verə biləcək fövqəladə hadisələrin qarşısının alınması və nəticələrin aradan qaldırılması işinə ümumi rəhbərliyi həyata keçirir.Ehtimal olunan fövqəladə hadisələrin və onların nəticələrinin proqnozlaşdırılması və qarşısının alınması üzrə proflaktik tədbirlərin həyata keçiriməsi (Mülki Müdafiə planına əsasən) illik tədbirlər planı və 5 illik tədbirlər planına görə Mülki Müdafiə tədbirlərinin kompleks Mülki Müdafiə təlimi, rəhbər heyətinin Mülki Müdafiə məşqi, rəhbər heyətinin Mülki Müdafiəyə fövqəladə hadisələr zamanı rəhbər heyətin, işçilərin və tələbələrin vaxtında xəbərdar edilməsi, serena vasitəsilə rabitə sisteminin yaradılmasına nəzarət edilməsi fövqəladə hallarda (ərazinin kimyəvi zəhərlənməsindən radiaktiv tozlardan, zərbə dalğasından işçilərin kollektiv mühafizə qurğularından (sığınacaq, radiasiya əleyhinə zirzəmilərdə mühafizəsini təşkil etmək məqsədilə mühafizə qurgularının hazır vəziyyətə gətirilməsini təşkil etmək, əleyhqaz, respirator, mühafizə geyimi ilə təmin etmək. Qəza və dağıntəlar zamanı ilk təcili tibbi yardım dəstəsinin daim hazırlığını təmin etmək bütün dünyada olduğu kimi 1 mart ümumdünya Mülki Müdafiə gününü keçirilməsini təşkil etmək kimi işləri yerinə yetirir MM və Y.M qərargahı məktəb-lisey bu işləri yerinə yetirir.Binəqədi rayonundakı N.Hüseynov adına 83 nömrəli məktəb- liseydə fevralın 27-də Beynəlxalq Mülkü Müdafiə Gününə həsr edilmiş tədbir keçirilmişdir.Tədbirdə məktəbin müəllim-şagird kollektivi ilə yanaşı Binəqədi Rayon Fövqalədə Hallar və Mülkü Müdafiə şöbəsinin əməkdaşları və digər şəxslər də iştirak edirdilər Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Akif Əliyev Beynəlxalq Mülkü Müdafiə Gününün tarixindən danışdı. Tədbirdə şagirdlərin iştirakı ilə yanğınsöndürmə, tibbi yardım manqasının üzvlərinin iş qaydaları əyani nümayiş etdirildi.. İştirakçılar sonrada mülkü müdafiə gününə həsr edilmiş "açıq dərs"lərdə oldular və şagirdlər təbii fəlakətlər, zəlzələ,yanğın zamanı lazım olan tədbirlər haqqında məlumat verdilər.Tədbir məktəbin akt zalında davam etdirildi.