Məktəb-liseydə informatika üzrə beynəlxalq müsabiqə ilə bağlı seminar keçirildi.

Azərbaycan ACM (Association for Computing Machinery - "ey-si-em" - Hesablama Maşınları üzrə Assosiasiya) bölməsinin təşkil etdiyi informatika üzrə beynəlxalq "Qunduz" ("Bebras") müsabiqəsi ilə bağlı seminarın əsas məqsədi proqramlaşdırma bilikləri olmayan şagirdlərin alqoritmik və məntiqi təfəkkürlərini qiymətləndirməkdir.Tədbiri giriş sözü ilə açan məktəb- liseyin direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Nəbi Mahmudov seminarla bağlı qısa məlumat verdi.Sonra müsabiqənin Azərbaycan üzrə koordinatoru Adil Əliyev çıxış edərək əsası 1947-ci ildə qoyulmuş assosiasiya haqqında ətraflı məlumat verdi.Qeyd olundu ki, Azərbaycanda ilk "Qunduz" müsabiqəsi Təhsil Nazirliyinin dəstəyi ilə 6 aprel 2014-cü ildə İsmayıllı rayonunun məktəbliləri arasında keçirilib. Yarışda 4-9-cu siniflərdə oxuyan 265 şagird iştirak edib. Bu il də dünyanın bir çox inkişaf etmiş ölkələrində 11-ci ümumdünya "Qunduz" həftəsi keçiriləcək. Müsabiqə vasitəsi ilə hədəf Azərbaycanın bütün guşələrindən istedadlı şagirdləri aşkar, onların beynəlxalq informatika olimpiadasına hazırlanmasını təmin etməkdir.Sonra Təhsil Nazirliyinin şöbə müdiri İsmayıl Sadıqov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Binəqədi Rayon İcra Hakimiyyətinin şöbə müdiri Nuridə Allahyarova, Respublika İnformatika fənn olimpiadası münsiflər heyətinin sədri Ramin Mahmudzadə seminarda çıxış edərək keçirilən informatika fənni üzrə olimpiada və müsabiqələrin əhəmiyyətini iştirakçıların nəzərinə çatdırdılar. Dünyada informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi zamanda ölkəmizin bütün sahələrində olduğu kimi, bu strateji sahəyə də xüsusi önəm verən dövlət başçısına minnətdarlıq bildirildi.Sonra böyük ekran vasitəsilə "Qunduz" onlayn sisteminin istifadə qaydaları öyrənilərək müəllimlərlə birlikdə sınaqdan keçirildi. Sonda "Qunduz" informatika və kompüter bacarıqları müsabiqəsində fərqlənən şagirdlərə məktəb rəhbərliyi və qonaqlar tərəfindən fəxri fərmanlar təqdim olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi