5 oktyabr 2016-cı il Beynəlxalq Müəllimlər Günüdür.
4 oktyabr 2016-cı tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Binəqədi Rayon Komitəsinin və Xəzər Universitetinin “Dünya” məktəbinin birgə təşkilatçılığı ilə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirildi.Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Xəzər Universitetinin “Dünya” məktəbinin təsisçisi, professor Hamlet İsaxanlı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, Binəqədi Rayon “Ziyalılar” Cəmiyyətinin sədri Asəf Zamanov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, Azərbaycanın xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavini Hacı İsmayılov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Binəqədi rayon komitəsinin sədri Almaz Hacıyeva və rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin nümayəndələri iştirak etdilər. Tədbirdə ilk olaraq çıxış edən professor Hamlet İsaxanlı müəllimlik peşəsinin məsuliyyətli və şərəfli iş olduğunu qeyd edərək müəllimin yüksək əqidəyə, mədəniyyətə və mənəviyyata malik olaraq daim düzgün vətəndaşlıq mövqeyi nümayiş etdirməli olduğunu bildirdi. Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov məhz müəllimlərin uşaq və gəncləri vətənə məhəbbət ruhunda tərbiyə etdiyini, onları vətənin müdafiəsinə hazırladığını vurğulayaraq xalqın gələcəyinin müəllimlərin əsas silahı olan bilikdən asılı olduğunu qeyd etdi. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı adından müəllimləri təbrik edən Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva son illər bir sıra sahələrdə olduğu kimi, ölkədə təhsil sahəsində də yaddaqalan uğurlar əldə edildiyini bildirdi. Aygün Əliyeva vurğuladı ki, Azərbaycanda yeni gənc nəslin yetişməsi və tərbiyə olunmasında təhsilin, məktəbin əhəmiyyəti, rolu çox böyükdür. Və bütün bu uğurlar Prezident İlham Əliyevin təhsil sahəsində apardığı siyasətin məqsədyönlülüyünün bariz sübutudur. Daha sonra Beynəlxalq Müəllim Günü münasibətilə təhsil sahəsində qazandığı uğurlara və rayonun ictimai həyatında fəal iştirakına görə 83 nömrəli məktəb-liseyin rus bölməsi üzrə təlim-tərbiyə işlər üzrə direktor müavini Secvinc Həbib qızı Razıyeva Fəxri Fərman və hədiyyə ilə təltif olunub.. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 83 nömrəli məktəb-liseyin müəllimi Xudiyeva Xatirə Rafiq qızına Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edib: Hər iki müəllimmizi ürəkdən təbrik edir,gələcək işlərində uğurlar arzulayırıq.