Binəqədi rayonu nömrəli məktəb-liseydə 24.11.2021-ci il tarixində “Ermənistan tərəfindən işğal edilmiş ərazilərin biomüxtəlifliyi:ekoloji terrorun nəticələri” mövzusunda keçirilmiş təqdimatın hesabatı
24.11.2021-ci il tarixində məktəbin coğrafiya müəllimləri İdris Abıyev və Əliyeva Aytən tərəfindən “Ermənistan tərəfindən işğal edilmiş ərazilərin biomüxtəlifliyi:ekoloji terrorun nəticələri” mövzusunda təqdimat keçirildi.
Təqdimatda 6b sinifinin şagirdləri iştirak edirdilər.Keçirilən təqdimata məktəbin direktoru Almaz Bayramova,tərbiyə işləri üzrə direktor müavini Aybəniz Əliyeva ,Uşaq Birliyi Təşkilatı rəhbəri Səyyarə Alıyeva dəvət olunmuşdu. Mövzu təqdimatı İdris müəllimin işğaldan azad olunmuş rayonlar haqqında maraqlı məlumatlar verməsi ilə başladı.Daha sonra 6b sinifindən Abbasova Lalə,Ağamirova Xədicə,Allahverdiyeva Şəhrizad,Hüseynquliyev Saleh ,İsalı Sultan ,Muradlı Mövlud adlı şagirdlərin çıxışı oldu .Təqdimat zamanı şagirdlər işğaldan azad olunmuş rayonların relyefi,çayları ,torpaq tipləri ,fauna və florası haqqında maraqlı məlumatlar əldə etmiş oldu .
Təqdimatın keçirilməsində məqsəd şagirdlərin işğaldan azad olunmuş rayonların coğrafiyası ,xüsusən fauna və florası haqqında məlumatlandırılması idi.