Bakı şəhəri Binəqədi rayon 83 nömrəli məktəb-liseydə “Dəmir yumruq “ adlı tədbir keçirilmişdir.

 Tədbirdə məktəbin Şəhidlik zirvəsinə ucalmış məzunlarının anaları Mətanət Nəcəfova və Təranə İsmayılova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, RİH başçısı Aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, şəhid Yasər Əhmədovun bacısı məktəbin rus- dili müəlliməsi Aynur Əhmədova, Vətən müharibəsi qaziləri- Ceyhun Sədrayev, Elvin Abışov, müharibə iştirakçıları Rövşən Talıbov, məktəbin rəhbərliyi, valideyn və şagird kollektivi iştirak edirdilər.

Əvvəlcə məktəb-liseyin şagirdləri tərəfindən təşkil olunmuş sərgiyə baxış keçirilmiş, daha sonra bədii kompozisiya təqdim edilmişdir.

Məktəbin direktoru çıxış edərək şəhid analarını və qonaqları salamlayaraq Vətən müharibəsi haqqında məktəbdə görülən işlərin hesabatını vermişdir. Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun əldə etdiyi Qələbə münasibətilə hər kəsi təbrik etmişdir. Tədbirin gedişatında məktəbin şagirdlərinin ifasında müxtəlif kompozisiyalar nümayiş etdirilmişdir. Sonda Şəhid anaları çıxış edərək öz övladları haqqında danışmış və şagirdlərə təşəkkür etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi