“Son zəng” tədbiri keçirilmişdir

14 iyun 2016-cı il tarixdə H.Hüseynov adına 83 nömrəli məktəb-liseydə “Son zəng” tədbiri keçirilmişdir.Tədbirdə Binəqədi rayonu İcra Hakimiyyətinin nümayəndəsi, valideynlər iştirak etmişlər. Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.Sonra, tədbiri açan 83 nömrəli məktəb-liseyin Tərbiyə işlər üzrə direktor müavini Aybəniz Əliyeva çıxış edərək, bu ilki məzunları təbrik etdi və onlara müstəqil həyatda atacaqları addımlarda bol müvəffəqiyyətlər arzuladı.83 nömrəli məktəb-liseyin direktoru Nəbi Mahmudov çıxış edərək, Ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində aparılan siyasətdən danışaraq, Azərbaycanda təhsilə qayğının ən yüksək səviyyədə olduğunu, bu sahədə həyata keçirilən hər bir islahatın, baş verən hər bir hadisələrin ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablanmış olduğunu diqqətə çatdırdı. Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin uğurlu siyasətini layiqincə davam etdirən İlham Əliyevin gərgin əməyi nəticəsində bu gün Azərbaycan müstəqil, ədalətli, demokratik, dünyəvi dövlət kimi daim irəliləyir. Sonra, 244 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi,əməkdar müəllim Almaz İsmayılova çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkədə təhsilin səviyyəsinin artırılması, təhsil müəssisələrinin əsaslı təmiri, yenilərinin tikintisi, onların bütün ləvazimatlarla təminatı və təhsil işçilərinə olan diqqətin artırılması istiqamətində görülən işlər, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın da təhsilin inkişafı istiqamətindəki fəaliyyəti barədə danışmışdır.Almaz İsmayılova müstəqil həyatın astanasında duran məzunlara uğurlar diləyərək, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulamışdır.Sonda Məktəb-liseyin XI sinif şagirdləri çıxış etdilər.Tədbir məktəblilərin musiqili-bədii çıxışları ilə davam etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi