“eTwinning Plus” layihəsi üzrə üçgünlük seminar
Media Savadliliğı və Dezinformasiya" mövzusunda təşkil olunan seminarın məqsədi hər 2 ölkədə beynəlxalq ortaq təhsil layihələrinin icrası, həmçinin "Avropa eTwinning" ölkələrində təhsil sahəsində birliyin davam etdirildiyini nümayiş etdirməkdir. 3 günlük seminar çərçivəsində media savadlılığı,dezinformasiyanın qarşısının alınması, rəqəmsal bacarıqlar, layihə əsaslı öyrənmə,müəllimlərin XXI əsr bacarıqlarını inkişaf etdirəcək müxtəlif təlimlər və müzakirələr təşkil olundu. Təlimlər yerli və türk mütəxəssislər tərəfindən həyata keçirildi. Seminarın son günü Azərbaycan və Türkiyə müəllimləri tərəfindən 33 yeni layihə yaradıldı və təqdim olundu. Sonda layihə quran bütün müəllimlər sertifikatlarla təltif olundu. Qeyd edək ki, bu seminarda 83 nömrəli məktəb-liseyin İngilis dili müəllimi, müxtəlif eTwinning layihələrində Milli və Avropa Keyfiyyət Nişanlarini qazanmış Səbinə Eminova da iştirak etmiş və Türkiyənin Giresun bölgəsindən olan ingilis dili müəllimi Gülfidan Aydınla birlikdə yeni layihə yaratmışlar.