Şəhidlər ölməz, vətən bölünməz!

Binəqədi rayonu H.Hüseynov adına 83 saylı məktəb-liseyin şagirdi olmuş,44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan İsmayılov Rövşən Məmmədağa oğlunun anım günü ilə əlaqədar 4b Sağlam Təhsil sinfinin şagirdləri şəhidin evində oldular.Şəhid məzunumuzun anası ilə görüşüb onun döyüş yolu, qəhrəmanlığı və dövlət rəhbəri Ali Baş Komandan İ.Əliyev cənabları tərəfindən təltif olunmuş medalları ilə tanış oldular.Şəhid anası şagirdlərlə Rövşən İsmayılov haqqında xatirələri bölüşdü, şagirdlərə hər zaman Vətəni sevməyi, qorumağı, əsl vətənpərvər olmağı tövsiyə etdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi