Bu gün məktəblərdə “Son zəng” qeyd olunub

Bu gün ümumtəhsil məktəblərində 11-ci sinfi bitirən şagirdlər üçün “Son zəng” çalınıb.2015-2016-cı tədris ilində Bakı şəhərindəki ümumi təhsil məktəblərini IX sinif üzrə 26614, XI sinif üzrə 20052 şagird bitirib.2016-2017-ci tədris ilində Bakı şəhəri üzrə I sinfə 48149 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumi təhsil məktəbinin Nümunəvi Nizamna­məsi”ndə edilmiş dəyişikliyə əsasən, ümumi təhsil məktəblərində dərs məşğələləri iyunun 14-də başa çatıb.“Son zəng” tədbiri haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmrinə əsasən, 2016-cı ildə respublikanın ümumi təhsil məktəblərində “Son zəng" tədbirləri keçirilib. Son zəng ilə bağlı bir çox Bakı məktəblərində də tədbirlər keçirilib. Tədbirlərdə məktəbin məzunlarının iştirakı ilə mahnılar, rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib və səhnəciklər göstərilib. Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər fəxri fərman və medallarla təltif olunub.Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi, bölmə rəhbərləri və əməkdaşları Məktəb Lisey Kompleksi, 1, 9, 10, 18, 19, 32, 42, 49, 52, 54, 55, 64, 70, 86, 111, 114, 126, 129, 145, 158, 164, 166, 194, 203, 218, 240, 258, 246, 271, 284, 285, 295, 299, 313, 322 nömrəli tam orta məktəblərdə xüsusilə qeyd olunan “Son zəng” tədbirlərində iştirak ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi