Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu
Azərbaycan Respublikası Təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”nın təsdiqi barədə 17.07.2013-cü il tarixli, 739 №-li əmrinin tələblərinə müvafiq olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olan uşaqların I sinfə qəbulu məqsədilə 7 iyun 2016-ci il tarixdən müsahibəyə elektron qeydiyyat başlanmışdır. İstedadlı uşaqların müsahibədə iştirakı üçün qeydiyyat mektebeqebul.edu.az saytında aparılır və bu proses iyul ayının 15-dək davam edəcəkdir.Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə müsahibələr iyun ayının 20-dən etibarən Bakı şəhəri 42 nömrəli tam orta məktəbdə aparılacaqdır.Valideynlər (və ya qanuni nümayəndələr) mektebeqebul.edu.az saytında qeydiyyatdan keçməklə, uşaq haqqında məlumatları saytda verilən formada dolduraraq müsahibəyə buraxılış vərəqini çap edə bilərlər. Buraxılış vərəqində uşağın müsahibəyə dəvət olunduğu tarix və vaxt göstəriləcəkdir.Ümumilikdə bu günədək 6 yaşı tamam olmayan 3691 nəfər uşaq üçün mektebeqebul.edu.az saytından qeydiyyatdan keçilmişdir. Artıq 6 yaşı tamam olmayan 2485 nəfər uşaq üçün mektebeqebul.edu.az saytından qeydiyyatdan keçən valideynlərə (və ya qanuni nümayəndələr) şəxsi kabinetə daxil olaraq müsahibədən qeydiyyatdan keçmək və buraxılış vərəqəsini çap etmək barədə “sms" göndərilmişdir.Valideynlər müsahibənin nəticələrinə dair “sms” aldıqdan sonra məktəbə qəbul üçün müvafiq sənədləri təqdim etməklə seçdikləri məktəbə müraciət etməlidirlər.Təhsil nazirinin müvafiq əmrinə əsasən müəyyən edilmiş məktəblərdə fəaliyyət göstərən məktəbəhazırlıq kursunu bitirmiş 704 nəfər uşaq üçün isə valideynlər (və ya qanuni nümayəndələr) mektebeqebul.edu.az saytından həmin kursu bitirdiyinə dair sertfikatı çap etməli, eyni zamanda məktəb seçməlidirlər.Kursu müvəffəqiyyətlə bitirərək sertifikat almış xüsusi istedada malik uşaqlar I sinfə müsahibədənkənar qəbul olunacaqlar.Qeyd edək ki, artıq 504 nəfər 6 yaşı tamam olmayan xüsusi istedada malik uşaq qəbulu müsabiqə əsasında təşkil olunan lisey və gimnaziyalara qəbul olunmuşlar.