“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin Respublika müsabiqəsinin Bakı zona mərhələsi keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 oktyabr 2015-cı il tarixli 1003 nömrəli əmrinə əsasən Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi tərəfindən “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin Respublika müsabiqəsinin Bakı zona mərhələsi keçirilib.“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisində Etno-Ekoloji Mərkəzdə 7 iyun 2016-cı il tarixində keçirilən müsabiqədə Bakı şəhəri ilə yanaşı, ətraf rayonlardan da məktəblilər iştirak ediblər.Aqrobiomüxtəlifliyin qorunması və ekoloji təmiz məhsulların əldə edilməsində məktəblilərin fəal iştirakını təmin etmək, bilik və bacarıqlarını genişləndirmək məqsədilə təşkil edilən müsabiqə iki mərhələ və 9 nominasiya üzrə keçirilir.Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarından ibarət münsiflər heyətinin ekspert qrupu tərəfindən müsabiqənin Bakı zona mərhələsinə təqdim olunan işlər 100 bal sistemi üzrə qiymətləndirilib.Müsabiqə iştirakçıları il ərzində aparılan müşahidələr, aqrotexniki tədbirlər və becərilən kənd təsərrüfatı bitkiləri haqqında məlumatları, fotoşəkilləri təşkilat komitəsinə təqdim ediblər. 1270 iştirakçının qatıldığı zona mərhələsində məktəblilər gündəlik görülən işlər, təcrübələrin gedişatı, əldə etdikləri nəticələr barədə təqdimatlarla çıxış ediblər.Müsabiqədə 50-dən artıq bal toplayan məktəblilər 2016-cı ilin oktyabr ayında Bakı şəhərində keçiriləcək müsabiqənin Respublika mərhələsində iştirak etmək hüququ qazanıblar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi