Zəfər ilinin məzunları
2020/2021-ci tədris ilinin “Son zəng” tədbiri keçirildi.Tədbirdə XI sinif şagirdləri, məktəb rəhbərliyi, şəhid məzunların valideynləri və fənn müəllimləri iştirak etdi.Tədbirin rəsmi hissəsi Azərbaycan Dövlət Himninin səslənməsi ilə başladı. Vətən müharibəsində şəhid olan oğullarımız 1 dəqiqəlik sükutla yad edildi. Məktəb liseyin direktoru Almaz Bayramova məzunları təbrik etdi, Vətənimizin və məktəbimizin adını uca tutmalarını arzuladı , tədrisdə nailiyyəti ilə fərqlənən məzunları “Təşəkkürnamə” ilə təltif etdi.