1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onları müdafiə etmək hər bir kəsin borcudur. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da hər il qeyd edilir.01.06.2016-cı il tarixdə Bakı şəhəri Həbubulla Hüseynov adına 83 nömrəli məktəb-liseydə tərbiyə işləri üzrə direktor müavini Aybəniz Əliyeva,təlim-tərbiyə işlər üzrə direktor müavini İradə Əliyeva,Sevinc Raziyeva, Azərbaycan dili və ədəbiyyat müəllimi Səbinə Məmmədova,Vəsilə Hüseynova, musiqi müəllimi Gülgün Əliyeva,ibtidai sinif müəllimi Seyidli Səbinə,ingilis dili müəllimi Günay Zülfüqarova,7a, 5a,5b,3e sinifininşagirdlərinin təşkilatçılığı ilə keçirilən 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü təntənəli tədbirlə qeyd olunub.Tədbiri giriş sözü ilə açan məktəb-liseyin tərbiyə işləri üzrə direktor müavini Aybəniz Əliyeva şagirdləri təbrik etdi. Bildirdi ki, 1949-cu ildə Beynəlxalq Demokratik Qadınlar Federasiyası uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflərini səsləndirib və 1-ni iyunu Uşaqların Müdafiəsi Günü elan edib. BMT bu təşəbbüsü bəyənib və uşaqların hüquqlarını, həyat və sağlamlıqlarını öz fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi elan edib. 1950-ci ildə BMT-nin xətti ilə dünyanın 51 ölkəsində bu münasibətlə silsilə tədbirlər keçirilib. Uşaqların hüquqlarının müdafiəsi ilə bağlı BMT Baş Məclisi 1989-cu ilin 20 noyabrında “Uşaq Hüquqları Konvensiyası”nı müvafiq qətnaməsilə ilə qəbul edib. Azərbaycan bu Konvensiyanı Milli Məclisin 1992-ci il 21 iyul tarixli, 236 nömrəli qərarına əsasən ratifikasiya edildiyini qeyd etdi, Məlumat uçun deyək ki, Dünyanın əksər ölkələrində olduğu kimi, "1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü" Azərbaycanda qeyd edilir. Uşaqlar Azərbaycanda əhalinin təxminən 30 faizini təşkil edir. Daha sonra bayram tədbiri şagirlərin hazırladıqlar maraqlı proqramla davam etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi