Vətən müharibəsi qaziləri ilə görüş keçirildi

4 may 2021- ci il tarixində 83 nömrəli məktəb liseyin biologiya müəllimi Kəmalə İslamın təşkilatçılığı və şagirdlərin iştirakı ilə Vətən müharibəsi qaziləri ilə görüş baş tutmuşdur. Görüşdə məktəb - liseyin GÇH müəllimi Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovnik leytenantı Vətən müharibəsinin ilk günlərindən ön cəbhəyə yollanmış Elşad Qurbanov, Vətən müharibəsinin könüllü iştirakçısı Xalid Gülməmmədov və Azərbaycan Ordusunun baş leytenantı Elsevər Şirəlizadə iştirak etmişlər.Azərbaycan xalqının Ali Baş Komandanın ətrafında ordumuzla dəmir yumruq kimi birləşərək qələbəyə doğru getdiyi yolda verdiyi şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmiş, şagirdlər qəhrəmanlarımızın döyüş yolu ilə tanış olmuş, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin əhəmiyyəti, hələ qarşımızda duran vəzifələr, görüləcək işlər barədə fikirlər səslənmişdir. Şagirdlərimizin ifasında Azərbaycan, şəhidlər haqqında şeirlər səslənmiş, şagirdlərimiz Vətən müharibəsi qəhrəmanlarına öz suallarını, arzu və diləklərini dilə gətirmişlər.

https://youtu.be/fy1c-fAmyao

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi