28 May-Respublika Günü

27.05.2016-cı il tarixdə Bakı şəhəri Həbubulla Hüseynov adına 83 nömrəli məktəb-liseydə tərbiyə işləri üzrə direktor müavini Aybəniz Əliyeva, tarix müəllimi Sevinc Allahverdiyeva, rus dili və ədəbiyyat müəllimi Emiliya Mirzəyevanın təşkilatçılığı ilə keçirilən 28 May-Respublika Günü təntənəli tədbirlə qeyd olunub. Azərbaycanın dövlət himni səsləndikdən sonra, Tərbiyə işlər üzrə direktor müavini Aybəniz Əliyeva çıxış edib. O deyib ki, 1918-ci il mayın 28-də Azərbaycan Şərqdə ilk dəfə olaraq öz müstəqilliyini elan edib və demokratik dövlət qurub. Bu dövlət cəmi 23 ay yaşasa da tarixdə mühüm izlər buraxıb. Azərbaycan xalqı bütün dünyaya göstərib ki, müstəqil və demokratik dövlət qurub onu inkişaf etdirməyə qadirdir.Tarix müəllimi Sevinc Allahverdiyeva çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və tarixi əhəmiyyəti haqqında danışıb.O, XX əsrin sonunda Azərbaycan xalqının 70 illik əsarətdən sonra yenidən müstəqilliyə qovuşduğunu, bu müstəqilliyin ümummilli lider Heydər Əliyevin sayəsində qorunub saxlanıldığını bildirib. Ulu Öndərin əsasını qoyduğu hüquqi və dünyəvi dövlət quruculuğu siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında və beynəlxalq əlaqələrində böyük nailiyyətlər əldə olunduğu vurğulanıb. Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesi haqqında da məlumat verərək bildirib ki, işğalçı dövlətin qeyri-konstruktiv mövqeyi, beynəlxalq vasitəçilərin ikili standartlardan çıxış etməsi təəssüf doğurur. Azərbaycan nəyin bahasına olursa-olsun, öz ərazi bütövlüyünü bərpa edəcək. Sonra 83 nömrəli məktəb-liseyin direktoru çıxış edərək 28 may 1918-ci ildə müsəlman şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını söyləyərək, mövcud olduğu 23 ay ərzində Azərbaycanda demokratik hüquq və azadlıqların bərqərar olunduğunu, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanındığını, bir çox Avropa ölkələrindən daha əvvəl qadınlara seçki hüququnun verildiyini, Azərbaycan dilinin dövlət dili elan edildiyini, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərildiyini, nizami milli ordunun, təhlükəsizlik strukturlarının yaradıldığını diqqətə çatdırdı. 1991-ci ildə ölkəmizin dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardığını, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldüyünü, ölkədə davamlı ictimai-siyasi sabitliyin bərpa edildiyini və bu gün respublikanın hərtərəfli və sürətli inkişafı naminə ümummilli lider Heydər Əliyevin bütün ideyalarının cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söylədi. Çıxışlardan sonra məktəblilərin hazırladıqları təqdimatlar, 28 May-Respublika Gününə həsr olunmuş film,şagirdlərin hazırladıqları səhnəciklər nümayiş olundu.Tədbirdə məktəb-liseyin müəllim və şagird heyyəti iştirak ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi