Uğurlu nəticələr əldə etmiş məktəb və fənn müəllimlərinin qabaqcıl təcrübəsinin təbliği istiqamətində “Açıq dərs” layihəsi keçiriləcək

24-25 may 2016-cı il tarixlərində Bakı şəhərinin 12 rayonu üzrə təhsildə uğurlu nəticələr əldə etmiş qabaqcıl, yüksək nailiyyətlər qazanmış müəllimlərin təcrübələrini digər həmkarları ilə bölüşməsi məqsədi ilə açıq dərslərin həyata keçirilməsi planlaşdırılır. Uğurlu məktəbdə tədrisin və keyfiyyətə nəzarət işinin təşkili ilə bağlı təcrübə mübadiləsi aparmaq, dəqiq fənlərin (riyaziyyat, fizika, informatika, kimya, biologiya) tədrisi səviyyəsinin nümayiş etdirilməsi, ümumilikdə dərsin planlaşdırılması və qiymətləndirilməsi, dərsin dinlənilməsi istiqamətində yeni strategiyalarla tanış olmaq və fikir mübadiləsi aparmaq layihənin keçirilməsində digər məqsədlərdəndir.“Açıq dərs” günləri 5 fənn üzrə təşkil olunacaqdır. 24 may tarixində riyaziyyat, fizika, informatika, 25 mayda isə kimya və biologiya fənləri üzrə açıq dərslər keçiriləcəkdir. Verilən tarixlərdə təklif olunan fənlər üzrə bir və ya bir neçə nəfər müəllim açıq dərs təşkil edə bilər. Açıq dərs təşkil ediləcək sinfi müəllim özü seçir və keçiriləcək dərs mövzusu ikinci yarım il üçün nəzərdə tutulan mövzulardan biri olmalıdır.Açıq dərslər V-VIII siniflər üzrə kurikulumun tətbiq edildiyi siniflərdə təşkil olunacaq.Layihənin həyata keçiriləcəyi məktəblər aşağıdakılardır:Səbail rayonu 49 nömrəli tam orta məktəb;Nəsimi rayonu 240 nömrəli tam orta məktəb;Nizami rayonu 220 nömrəli tam orta məktəb;Binəqədi rayonu 135 nömrəli tam orta məktəb;Nərimanov rayonu 207 nömrəli tam orta məktəb;Xətai rayonu 245 nömrəli tam orta məktəb;Xəzər rayonu 156 nömrəli tam orta məktəb;Suraxanı rayonu 290 nömrəli tam orta məktəb;Qaradağ rayonu 288 nömrəli tam orta məktəb;Yasamal rayonu 20 nömrəli tam orta məktəb;Sabunçu rayonu 310 nömrəli tam orta məktəb;Pirallahı rayonu 168 saylı tam orta məktəb (riyaziyyat, fizika, informatika);Pirallahı rayonu 235 nömrəli tam orta məktəb(kimya,biologiya).Uğurlu nəticələr əldə etmiş məktəblərin və fənn müəllimlərinin qabaqcıl təcrübəsinin təbliği istiqamətində keçiriləcək “Açıq dərs” layihəsi bütün məktəblərdə eyni vaxtda start götürəcək.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi