eTwinning layihəsi "English Game Experts"
H. Hüseynov adına 83 nömrəli məktəb-liseyin ingilis dili müəllimləri S. Eminova və A. Məmmədova 4b sinif şagirdləri ilə birlikdə Sentyabr ayindan Fevral ayina qədər “Eglish Game Expert”adli eTwinning layihəsində iştirak ediblər. Layihədə Turkiyə,Yunanıstan, Serbiya,Rumıniya,İsveç, Litva və Azərbaycandan 15 müəllim və 133 şagird iştirak edir. Layiihənin məqsədi web 2.0 alətlərindən istifadə etməklə oyunlar vasitəsilə şagirdlərə ingilis dilini öyrətmək, əylənərək danışıq bacarıqlarını inkişaf etdirmək və onlara müxtəlif ölkələrdən olan həmyaşıdları ilə ünsiyyət qurma bacarıqlarını aşılamaqdır. Layihə müddətində şagirdlərə vebinarlarda iştirak edərək bir - biriləri ilə iş birliyi yaratmaq, başqalarının hüquqlarına hörmət etmək, öz hüquqlarını tanımaq, təhlükəsiz internet haqqında məlumatlar əldə etmək imkanı yaradıldı. Learning apps, Canva , wordwall, jigsaw planet , Tarsia app, quizizz kimi web 2 alətləri ilə hazırlanan oyunlar şagirdlərin öyrənmə motivasiyasını artıraraq əsas İngilis dili vərdişlərini inkişaf etdirməyə kömək etdi. Sonda hər bir iştirakçı layihə rəhbərləri tərəfindən iştirak sertifikatı ilə təltif olundu.