"We are ready to live in the digital world " layihəsində onlayn dərs təqdimatı
27.02.2021 tarixində eTwinning çərçivəsində həyata keçirilən " We are ready to live in the digital world " adlı layihəsində 8ci siniflər üçün Unit 5 "Literature and Books" mövzusunda 83 nömrəli məktəb-liseyin İngilis dili müəllimi Eminova Səbinə onlayn açıq dərs keçirdi. Dərsdə Ukrayna, Türkiyə, Gürcüstan və Azərbaycandan müəllim və şagirdlər iştirak edirdi. Şagirdlərdə 21 ci əsr bacarıqlarının inkişaf etdirilməsi və yeni dərsin əyləncəli şəkildə mənimsədilməsi məqsədi ilə dərsdə müxtəlif web 2.0 alətlərindən istifadə edildi. Müxtəlif ölkələrdən olan şagirdlər oyunlar oynayaraq yeni dərsi mənimsədiklərini nümayiş etdirdilər. Onlayn dərs bitdikdən sonra şagird və müəllimlər eTwinning portalında layihənin söhbət otağında yazişaraq dərslə əlaqəli təəssüratlarını bölüşdülər.
Qeyd edək ki, "We are ready to live in the digital world " layihəsi oktyabr ayından etibarən başlanmışdır və dərs ilinin sonuna qədər davam edəcək. Layihənin əsas məqsədi yaşadığımız rəqəmsal dünyada yeni innovativ üsullardan istifadə etməklə 5-9-cu siniflərdə ingilis dili dərslərinin yeni formada təqdim olunması və sonda bütün ingilis dili müəllimlərinin də istifadə edə biləcəyi rəqəmsal kitablar yaratmaqdır. Ukrayna, Türkiyə, Gürcüstan, Bolqarıstan, Rumıniya və Azərbaycandan 21 müəllim 257 şagirdin iştirak etdiyi bu eTwinning layihəsində ingilis dili müəllimlərimiz Eminova Səbinə və Məmmədova Aybəniz 8 b sinif şagirdləri ilə birlikdə məktəbimizi təmsil edir.