"Start Writing No Matter What" eTwinning layihəsində son müəllim-şagird vebinarları
H. Hüseynov adına 83 N-li məktəb-liseyin ingilis dili müəllimləri S. Eminova və A. Məmmədova 7 a sinif şagirdləri ilə birlikdə oktyabr ayından "Start Writing No Matter What" eTwinning layihəsində iştirak edirlər. Türkiyə, Azərbaycan, Polşa, Portuqaliya, Ukrayna, İspaniya , Rumıniyadan 14 müəllim və 120 şagirdin iştirak etdiyi "Start Writing No Matter What" eTwinning layihəsinin fevral ayinda son şagird dəyərləndirmə vebinarları keçirildi . Əvvəlki vebinarlarda alınmış qərara əsasən müəllimlər müxtəlif ölkələrdən olan qarışıq komandalara mentor təyin edilmişdi və hər müəllim öz komandası üçün dəyərləndirmə vebinarı təşkil etdi. Qeyd etmək lazımdır ki, bu layihənin məqsədi ingilis dilində yazı bacarıqlarının inkişaf etdirilməsidir. Layihə boyunca şagirdlər müxtəlif web 2.0 alətlərindən istifadə edərək ortaq hekayələr, gündəlik, dostlarına məktublar və s. yazaraq öz yazı bacarıqlarını artırdılar. Vebinarlarda iştirak edərək isə, həm də dinləmə, oxu və danışıq bacarıqlarının inkişaf etdirdilər. eTwinning layihələrində iştirak şagirdlərimizə müxtəlif ölkələrdən yeni dostlar qazanmağa və onlarla yeni əlaqələr qurmağa , tənqidi təfəkkürlərini inkişaf etdirməyə və XXI əsr bacarıqlarını artırmağa kömək edir.