Peşə təmayüllü siniflərin fəaliyyəti müzakirə olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva peşə təmayüllü siniflərin yaradıldığı ümumi təhsil müəssisələrinin direktorları ilə görüşüb.

İdarə müdiri peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədinin ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin etməkdən, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarət olduğunu qeyd edib. M.Vəliyeva təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsinin də əsas hədəflərdən biri olduğunu bildirib.

BŞTİ müdiri məktəblilərin müxtəlif peşələrə olan meyil və maraqlarının müəyyənləşdirilməsi, gələcəkdə peşə və ixtisas seçimində onlara köməklik göstərilməsi, həmçinin şagirdləri yaradıcı əməyə hazırlamaq və düzgün ixtisas seçiminə yönəltməklə bağlı valideynlərin məlumatlandırılması barədə tövsiyələrini səsləndirib.

Qeyd edək ki, BŞTİ-nin tabeliyindəki 5 ümumi təhsil müəssisəsində (117, 120, 234, 274, 293 nömrəli tam orta məktəblər) peşə təmayüllü siniflər yaradılıb. X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflər ümumi təhsil müəssisələrinin ərazi, eləcə də maddi-texniki tədris imkanları nəzərə alınmaqla müəyyən edilib.

Onu da qeyd edək ki, peşə təmayüllü siniflərdə tam orta təhsil səviyyəsində təlim müvafiq fənlərə üstünlük verilməklə müvafiq tədris planı və modul spesifikasiyası üzrə təhsilalanların meyil, maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə təmayülləşmə əsasında təşkil edilir. Peşə təmayüllü siniflərdə təhsil dövlət hesabına həyata keçirilir.

 

Qeyd: Fotolar pandemiyadan əvvəlki dövrdə çəkilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi