“Qarabağ həftəsi”

17 may 2016-cı ildə Binəqədi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşəbbüsü ilə “Qarabağ həftəsi” layihəsi çərçivəsində növbəti təqdimat keçirildi. 83 nömrəli məktəb-lisey, 135 və 248 saylı orta məktəblərin birgə təşkilatçılığı ilə keçirilən təqdimat Xocalı rayonuna həsr olunmuşdu. Təqdimatda YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, aparat rəhbəri Sevinc Abdullayeva, Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşı Rəvanə Əliyeva, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, YAP rayon təşkilatının baş təlimatçıları Kubra Əliyarlı, Rahil Şükürov, 83 nömrəli məktəb-liseyin direktoru Nəbi Mahmudov, 135 saylı orta məktəbin direktoru Sadəgül Həsənova və 248 saylı orta məktəbin direktoru Əsli Quluyeva iştirak etdilər.Təqdimat Azərbaycanın dövlət himninin və vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Daha sonra səhnəyə çıxan aparıcılar Xocalı rayonunun tarixi, etnoqrafiyası, coğrafi mövqeyi, iqtisadiyyatı, mətbəxi və s. haqqında danışdılar. Xocalı rayonunun tarixi abidələri və maddi-mədəniyyət nümunələrinin geniş təqdimatı oldu. İşğal altında olan Xocalı rayonunda səsləndirilən və məşhurlaşan musiqi-muğam əsərləri, həmçinin Molla Pənah Vaqifin həyatından bəhs edən səhnəcik nümayiş etdirildi. Təqdimat vətənpərvərliyə həsr olunmuş müxtəlif şeirlərin səsləndirilməsi ilə davam etdirildi. Qarabağda və Xocalı rayonunda multikulturalizm mühitinin nümayiş etdirilməsi və Xocalı soyqırımının, erməni vəhşilərinin dinc azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərin əks etdirildiyi səhnəcik tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.Təqdimatda geniş nitq söyləyən YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov 20 faiz torpaqlarımızın işğal olunduğunu və Azərbaycanın artıq 26 ildir ki, Ermənistanla müharibə şəraitində yaşadığını söylədi. Bildirdi ki, tarixən ermənilər tərəfindən azərbaycanlılara qarşı faciələr törədilib. Xocalı faciəsi isə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində öz ağlasığmaz vəhşilikləri ilə yaddaşlara həkk olunub. Bu faciə nəticəsində yüzlərlə soydaşımız həlak olub, əlil olub və 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə salınıb. Ramiz Göyüşov həmçinin prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən xarici siyasət barədə danışdı. Vurğuladı ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə səy göstərir, lakin Ermənistan öz işğalçılıq siyasətindən əl çəkməzsə ölkəmiz torpaqlarımızın işğaldan azad olunması üçün müharibə yolunu seçəcək. Bu gün Azərbaycanın güclü ordusu var və xalqımız öz ordusuna inanır, onun arxasındadır. Rayon təşkilatının sədri daha sonra bu cür tədbirlərin keçirilməsinin və şagirdlərin bu tədbirlərə cəlb olunmasının vətənpərvərliyin təbliği baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi