Məktəbdaxili qiymətləndirmə həyata keçirilir

"Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası"na uyğun olaraq şagird nailiyyətlərinin qiymətləndirilməsi məqsədi ilə yanvarın 22-dən etibarən II-XI siniflərdə bütün fənlər üzrə summativ qiymətləndirmələrin keçirilməsinə başlanılıb.

Microsoft Teams platforması üzərindən keçirilən summativ qiymətləndirmənin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi