20 YANVAR -QAN YADDAŞIM

18.01.2021 - ci il tarixində məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Quliyeva Mehri 8b sinif sagirdləri ilə birgə "20Yanvar-Qan yaddaşım "adlı ədəbi -bədii kompozisiya təşkil etdi. Tədbirdə məktəbin direktoru Almaz Bayramova,direktor müavini Aybəniz Əliyeva da iştirak etdi. Tədbirdə keçmiş Sovet Ordusunun həmin qanlı gecədə Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərdən danışıldı. Şagirdlər 20 Yanvar faciəsi ilə bağlı faktlara əsaslanan məruzələrlə, şeirlərlə öz fikirlərini bölüşdülər.8b sinif şagirdi Həsənli Riadın şagirdlərin səsləndirməsi ilə hazırladığı scratch təqdimatı xüsusi maraq doğurdu. Sonda məktəbin direktoru Almaz Bayramova çıxış edərək "Qan yaddaşımız"la bağlı fikirlərini bölüşdü, bu tarixin-20 Yanvarın müstəqil Azərbaycan dövlətinin tarixinə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazıldığını vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi