Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi üzrə elan edilən müsabiqənin ikinci mərhələsini keçirir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi üzrə 2016-cı ilin may ayında 3 (üç) mərhələli (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) müsabiqə keçirir.Müsabiqədə iştirak etmək istəyən 393 müəllim 03.05.2016 – 10.05.2016-cı il tarixlərdə miq.edu.az/baku/ internet ünvanı vasitəsilə elektron qaydada müvafiq ərizə formasını doldurmaqla qeydiyyatdan keçmiş və 12.05.2016-cı il tarixədək müvafiq sənədləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim etmişlər.Müsabiqənin elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi mərhələsində daxil olan elektron ərizələrin və təqdim edilən sənədlərin təhlili aparılaraq onlardan 297 nəfəri müsabiqənin növbəti - test imtahanı mərhələsinə buraxılmışlar.Müsabiqənin test imtahanı mərhələsi 14.05.2016-cı il tarixdə 09:00 və 11:00 - saatlarda keçiriləcəkdir. Test imtahanında iştirak edəcək müəllimlər aşağıda qeyd edilən cədvəllər üzrə imtahanın başlanma vaxtından 30 dəqiqə əvvəl Azərbaycan Dövlət İqtisad Universitetinin II Tədris binasında (Həsən Əliyev 135, Gənclik korpusu) olmalıdırlar.Əlavə olaraq nəzərinizə çatdırırıq ki, Müsabiqənin II (test imtahanı) mərhələsinin vaxtı və yeri barədə məlumat iştirakçıların (www.miq.edu.az/baku/ internet ünvanı vasitəsilə elektron qaydada müvafiq ərizə formasını doldurmaqla qeydiyyatdan keçmiş şəxslərin) şəxsi səhifəsində yerləşdirilmiş, eyni zamanda, onların qeydiyyata alınmış mobil əlaqə nömrələrinə SMS vasitəsilə göndərilmişdir.Qeyd edək ki, müsabiqəyə gələrkən şəxsiyyət vəsiqəsinin əslinin gətirilməsi vacibdir. Şəxsiyyət vəsiqəsinin əslinin təqdim etməyənlər müsabiqəyə buraxılmayacaqdır. Əlaqə nömrələri:(012) 599-12-22 (60-28)(055) 336-36-39
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi