"Sinfimdə web 2.0 ilə sənət - Art with Web 2.0 in my class" adlı eTwinning layihəsinin şagird - müəllim vebinarı
21.12.2020 tarixində 83 nömrəli məktəb-liseyin İngilis dili müəllimi Səbinə Eminova və Qardaş Türkiyənin Şeyx Edebali Universiteti anaokulunun müəllimi Zeliha Gürün birlikdə həyata keçirdiyi "Sinfimdə web 2.0 ilə sənət - Art with Web 2.0 in my class" adlı eTwinning layihəsinin şagird - müəllim vebinarı təşkil olundu. Vebinarda layihənin ortaqları 83 nömrəli məktəb-liseyin İngilis dili müəllimi Aybəniz Məmmədova, Türkiyəli müəllimlər Filiz Azkaç Alıcı, Esra Yüksəl, Nisa Maide Sağlam Kızıltaş, Lənkəran şəhər 5 N-li məktəbin müəllimi Hüriyyet Kələntərova və onların şagirdləri iştirak edirdi. Türkiyəli rəssam Hasan Mirzanın da qonaq qismində dəvət edildiyi görüşdə iştirakçılar onun emalatxanasına virtual səyahət etdilər və onun əsərlərinə tamaşa etdilər. Türkiyəli rəssam şagirdləri maraqlandıran sualları cavablandırdı. Sonda uşaqlar rəssamla birlikdə rəsm çəkdilər.