" eTwinning Məktəbi " müsabiqəsi
" eTwinning Məktəbi " müsabiqəsinə artıq start verilmişdir. Müsabiqənin I mərhələsində məktəblər eTwinning portalı üzrə müəyyən edilmiş meyarlara əsasən seçilmişdir. Azərbaycandan 21 məktəb növbəti mərhələdə iştirak etmək hüququ qazanmışdır. Bu məktəblərin sırasında H. Hüseynov adına 83N-li məktəb liseyin də adı var. Məktəbimizin ingilis dili müəllimləri S. Eminova və A. Məmmədova bu il artıq iştirak etdikləri layihələrdən 6 Milli və 6 Avropa Keyfiyyət nişanları ilə təltif olunublar.
II mərhələdə Müraciət üçün son tarix 8 Fevral 2021 - ci ildir. " eTwinning Məktəbi " müsabiqəsində məktəbimizə uğurlar arzulayırıq.