Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 - cü ildönümü qeyd edildi

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə məktəb-liseyin fəaliyyət planına əsasən silsilə tədbirlər keçirildi. 10.05.2016-cı il tarixdə ilk dərslər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olundu. Dərslərdə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş slaydlar nümayiş olunur. Dərs gününün sonunda akt zalında ümummilli liderimiz H.Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.Tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin keçdiyi ömür yolundan, dövlət quruculuğu yolundakı əvəzolunmaz xidmətlərindən, ölkə iqtisadiyyatının, təhsilinin, səhiyyəsinin inkişafındakı rolundan, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması, regionların sosial-iqtisadi inkişafı istiqamətində gördüyü işlərdən danışdılar. Sonda məktəb-liseyin direktoru Nəbi Mahmudov Azərbaycan gənclərinin müasir, inkişaf etmiş və yüksək intellektual qüvvə kimi formalaşmasında ulu öndərin əvəzsiz rolundan danışdı, ümummilli liderin müasir Azərbaycan cəmiyyətinin inkişafı istiqamətində ən başlıca vəzifə kimi gənclərin təhsilinin və tərbiyəsinin yüksək səviyyədə təşkil etdiyini vurğuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi