Paytaxt məktəblilərindən fərqli təşəbbüs - VİDEOÇARX

Paytaxt məktəblilərinin iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş maraqlı videoçarx hazırlanıb.

Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri şagirdlərinin ifasında Səməd Vurğunun “Azərbaycan” şeiri fərqli üslubda səsləndirilib.

BŞTİ-nin dəstəklədiyi təşəbbüsün əsas məqsədi Azərbaycanın Dövlət Müstəqilliyi Gününün təbliğini genişləndirmək, şagirdləri milli-mənəvi dəyərlərə hörmət, Vətənə məhəbbət və azərbaycançılıq məfkurəsi əsasında tərbiyə etmək, xalqın sarsılmaz həmrəylik hisslərini nümayiş etdirmək, məktəblilərdə Vətənə sevgi duyğularını daha da gücləndirmək və onların yaradıcılıq bacarığının inkişafına təkan verməkdən ibarətdir.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 29-cu ildönümü münasibətilə hazırlanmış videoçarxın ərsəyə gəlməsində iştirak edən şagirdlər öz ifaları ilə xalqımızın hər bir nümayəndəsinə xas olan vətənpərvərlik hisslərini nümayiş etdirirlər.

Videoçarxda dövlət müstəqilliyimizin qarantı olan Azərbaycan Ordusuna minnətdarlıq hissi təcəssüm etdirilir, ərazi bütövlüyümüzün bərpasına və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında üçrəngli bayrağımızın doğma Qarabağın hər bir guşəsində dalğalanacağına sonsuz inam ifadə olunur.


 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi