Məktəb direktorları ilə onlayn konfrans

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn konfrans keçirilib.

Konfransda BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak ediblər.

Onlayn konfransda BŞTİ-nin müdiri Rəşad Tağıyev koronavirus (COVİD-19) pandemiyasının təsirlərinin minimuma endirilməsi istiqamətində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin əhəmiyyəti barədə danışıb. Pandemiya dövründə tədrisin davamlılığını təmin etmək məqsədilə görülən işlərə toxunan R.Tağıyev təhsil müəssisələrində tədrisin məsafədən təşkil edilməsi və bu məqsədlə istifadə edilən onlayn platformaların üstünlüyünü vurğulayıb.

Həmçinin idarə müdiri I sinfə qəbul, onlayn müsahibələr, məktəblərdə mövcud sanitar-epidemioloji vəziyyətlə bağlı görülən işlər, məktəb idarəetməsi işinin səmərəliliyinin artırılması, məktəb-valideyn və müəllim-şagird əlaqələrində davamlılığın təmin olunması, məktəbdaxili qiymətləndirmənin aparılması məsələləri haqqında da fikirlərini bildirib.

Daha sonra məktəb direktorlarını maraqlandıran bir sıra məsələlər ətrafında müzakirələr aparılıb, müvafiq təklif və tövsiyələr səsləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi