Koronalı Günlərdə Əyləncəli Ev Okulum layihəsi
Məktəb-liseyin İngilis dili müəllimləri Səbinə Eminova və Aybəniz Məmmədova 6 a sinfinin şagirdləri ilə birlikdə yeni bir eTwinninq "Koronalı Günlərdə Əyləncəli Ev Okulum" layihəsində iştirak edirlər. Layihədə COVİD 19 virusuna görə təhsildə verilmiş bu məcburi fasilə zamanı şagirdlərimizin dərslərdən geri qalmadan və evdə qalmaq məcburiyyətində olduqları müddətdə canları sıxılmadan elm, sənət, yaradıcılıq, əyləncə, istehsal, yenilik, oyun əlavə edərək distant təhsili məhsuldar etmək planlaşdırılır. Beləliklə, şagirdlərimiz təhsillərini davam etdirə,elm, sənət, oyun və istehsalla əylənə biləcəklər.Qeyd edək ki, layihədə Türkiyədən 9, Azərbaycandan 9 məktəb iştirak edir.