“Gül var, Xocalıdan sonra açılmır” adlı ədəbi - bədii kompozisiya

26 fevral 2020 - ci il tarixdə 83 nömrəli məktəb-liseydə Xocalı soyqırımının 28 - ci ildönümünə həsr olunmuş “Gül var Xocalıdan sonra açılmır” adlı ədəbi - bədii kompozisiya təşkil olundu.Tədbiri çıxış sözü ilə Azərbaycan dili və ədəbiyyat müəllimi Samirə Əhmədova açdı. Sonra şagirdlər Xocalı faciəsinin dəhşətlərini özündə əks etdirən şeirlər, musiqi parçaları və “Gül var Xocalıdan sonra açılmır” adlı səhnəcik təqdim etdilər.Tədbir boyu video materiallar nümayiş etdirildi. Azərbaycan dili və ədəbiyyat müəllimi Qəmbərova Zəhra öz nitqində: “Baş vermiş soyqırım artıq olmuşdur” ,-deyərək şagirdləri bir olub ölkəmizin, dövlətçiliyimizin qorunması üçün vətənpərvər ruhda böyüyüb mübariz olmağa çağırdı. Tədbirin sonunda məktəb - liseyin direktoru Almaz Bayramova “Vətəni qoruyun “şüarı altında çıxış etdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi