“Cəlil Məmmədquluzadə hekayələrinin ideya və müasirliyi” mövzusunda dəyirmi masa və müzakirə
Azərbaycan dili və ədəbiyyat fənn aylığı çərçivəsində 20.02.2020-ci il tarixdə məktəb-liseyin 7a sinfində “Cəlil Məmmədquluzadə hekayələrinin ideya və müasirliyi” mövzusunda dəyirmi masa və müzakirə keçirilmişdir. Məktəb liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Vəsilə Hüseynova şagirdlərlə ədibin “Poçt qutusu”, ”Usta Zeynal” , ”Pirverdinin xoruzu”, ” Xanın təsbehi” ve başqa hekayələrin mövzusu və bu əsərlərdə bəhs olunan problemlər haqqında geniş müzakirə aparmışdır. Dəyirmi masada,həmçinin Mirzə Cəlilin əsərlərində bəhs olunan cəhalət, mövhumat,dini ve elmi gerilik müzakirə olunmuşdur. “Mirzə Cəlilin hekayələri niyə müasirdir?” sualına şagirdlərin bir-birindən maraqlı cavabları olmuşdur.
Sonda bu qənaətə gəlinmişdir ki , ”Insanların poçt qutusunun açarı yalnız ELM-dir”.
Tədbirdə məktəb rəhbərliyi, məktəb-liseyin kitabxana müdiri, fənn metodbirləşməsinin sədri və müəllimlər iştirak etmişlər.