Beynəlxalq Ana Dili Günü
21 fevral tarixində məktəb-liseydə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Mehri Quliyeva tərəfindən humanitar təmayüllü 7b lisey sinfinin təqdimatında Beynəlxalq Ana Dili Gününə həsr olunmuş "Dilim mənim varlığımdır" adlı ədəbi - bədii kompozisiya təşkil olundu. Tədbirdə dilimizin gözəlliyi, müqəddəsliyi ilə yanaşı, dilimizə biganəlik, xarici dillərə meyiletmə və s. kimi məsələlərə toxunulmuş, həmçinin ümummilli liderimizin - Heydər Əliyevin imzaladığı fərmana əsasən hər il avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Dili və Azərbaycan Əlifbası Günü kimi qeyd olunması xatırlatdırılmışdır. Tədbirdə şagirdlər Ana dilimizi yüksək səviyyədə təmsil edərək müxtəlif kompozisiyalar ( C. Məmmədquluzadənin "Anamın kitabı" əsərindən kiçik bir səhnə, Kərimli Şəmsin ifasında "Azərbaycan" məqaləsi, dilə aid hikmətli fikirlər, aforizmlər, müxtəlif çalğı alətlərində ifalar və s.) nümayiş etdirdilər.
Tədbirin sonunda bir daha dilimizi göz bəbəyimiz kimi qorumalı və sevməli olmağımız tövsiyə olundu.